2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 27 milyard 377,8 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 0,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda orta illik inflyasiya 3% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 0,2% - 2 min 749,7 manatadək azalıb.
Yanvar-iyun aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 24 milyard 706,9 milyon manat qalır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 0,9% azdır.
2019-cu ildə əhalinin nominal pul gəlirləri 7,4% artıb.**
Ə.Məmmədov