Azərbaycan Müdafiə Nazirliyi Qan Bankında kifayət qədər ehtiyatın olması barədə bəyan edir.
“Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır. Bəyan edirik ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır”, - nazirlik Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayevin sözlərindən sitat gətirir.
O bildirib ki, Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatı var. Bu səbəbdən hazırda qanla əlaqədar heç bir çətinlik yoxdur. **
X.Nəsirzadə