Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi üzv ölkələrini Azərbaycan-Ermənistan sərhədində təıxribatlar barədə məlumatlandırmaq məqsədilə təşkilatın xüsusi sessiyasını çağırıb. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycanla sərhəddə Ermənistanın təxribatları barədə bütün beynəlxalq təşkilatlara notalar ünvanlanıb. Həmçinin, üzv ölkələrinə sərhəddə vəziyyət barədə məlumat vermək məqsədilə Qoşulmama Hərəkatının xüsusi sessiyası çağırılıb”, - Hacıyev cümə axşamı brifinqdə bildirib.
Onun sözlərinə görə, bu gün ATƏT-in Daimi Şurası bu məsələ ilə bağlı iclas keçirəcək. “İclasda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı da gözlənilir”, - o əlavə edib.
Həmçinin, Hacıyev vurğulayıb ki, Azərbaycanla sərhəddə Ermənistanın hərbi hərəkətləri məqsədyönlü təxribatdır. **
X.Nəsirzadə