Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cümə axşamı səhərdən cəbhədə döyüşdə iştirak etmək üçün müraciət edən 4 minə qədər vətəndaşı qeydiyyata alıb. Bunu Xidmətin rəisi general-leytenant Arzu Rəhimov bildirib.
“Ölkə prezidenti İlham Əliyevin çıxışından sonra (çərşənbə günü axşam - İF) 4 minə qədər gənc hərbi qeydiyyata alınıb. Biz könüllü getmək istəyən şəxsləri qeydiyyata alırıq. Lazım olduğu halda tələb olunan hərbi vəzifəlilər hərbi hissələrə göndərilə bilər”, - Rəhimov cümə axşamı mətbuat konfransında qeyd edib.
O qeyd edib ki, Dövlət Xidmətinə elektron poçtla da müraciət edən bir qrup şəxslər var.
Öz növbəsində, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinqdə bildirib ki, erməni həırbçiləri sərhəddə Azərbaycanın dinc əhalisini atəşə tutur. “Həmçinin, erməni hərbçilər mülki şəxslərin arxasında gizlənirlər”, - Hacıyev əlavə edib. **