ATƏT-in Minsk qrupu Azərbaycanla sərhəddə Ermənistanın hərbi təxribatı ilə bağlı aydın mövqeyini bildirməlidir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Əfsuslar olsun ki, biz hələ də standart cavablar alırıq. Minsk qrupu Ermənistanın siyasətini pisləməlidir”, - Hacıyev cümə axşamı brifinqdə bildirib.
O vurğulayıb ki, Ermənistan bu sərhədyanı insidentdə Azərbaycanı ittiham etmək istəyir. “Lakin Ermənistanın niyyəti ifşa olunub. Ermənilər öz itkilərini gizlədirlər. Bütün beynəlaxlq birlik bu hərəkətləri izləyir. Ermənistanın hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - Hacıyev deyib. **
X.Nəsirzadə