2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 15 milyon 343 min 452,45 ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $5 milyard 339 milyon 488,25 min dəyərində neft ixrac olunub.
Yanvar-iyun aylarında neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə miqdar ifadəsində 3,1%, dəyər ifadəsində - 30,4% azalıb.
Yanvar-iyun aylarında ümumi ixrac strukturunda neftin payı 69,47% təşkil edib.
2019-cu ildə $14 milyard 814 milyon 132,71 min dəyərində 30 milyon 837,085 min ton bəyan edilmiş neft ixrac edilib (miqdar ifadəsində 4,5%, dəyər ifadəsində 5,8% artım). **
N.Abbasova