2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan 6 milyard 599 milyon 269,12 min kubmetr bəyan edilmiş qaz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-iyun aylarında respublikadan $1 milyard 259 milyon 994,58 min dəyərində bəyan olunmuş qaz ixrac edilib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 16,39%-i qaz ixracının payına düşüb”, - Komitədən bildirilir.
Yanvar-may aylarında 2020-ci ilin yanvar-iyun aylarında qaz ixracı ötən ilin analoji dövrü ilə müqayisədə miqdar ifadəsində 16,5%, dəyər ifadəsində 20,3% artıb. **
N.Abbasova