Ermənistan Azərvbaycanın strateji obyektlərinə zərbələr endirməyə cəhd edəcəyi halda Azərbaycan Metsamor AES-i yüksək dəqiqliklə vura bilər. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı deyib.
“Mingəçevir Su Anbarının yerləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir. Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”, - Dərgahlı Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə təhdidlərini şərh edərkən bildirib. **
X.Nəsirzadə