Azərbaycanda koronavirus infeksiyasına daha 493 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 26,165 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17,256 min nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib.
“8,575 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8,722 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 601,5 mindir.**
N.Abbasova