Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Türkiyənin müdafiə naziri Hulusi Akar ilə Ankarada görüş keçirib. Bu barədə Türkiyə mətbuatı məlumat verir.
Tərəflər Azərbaycan-Ermənistan sərhədində vəziyyəti və erməni hərbçilərinin Azərbaycan mövqelərini hücumlarını müzakirə ediblər.
Akar bəyan edib ki, Ermənistanın Azərbaycana hücumlarından sonra müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb və məlumat verib ki, Türkiyə iki ölkə arasında səhəddə vəziyyətin inkişafını diqqətlə izləyir.
“Türkiyə Ermənistan tərəfindən Azərbaycana bu hücumları qəti şəkildə pisləyir və Azərbaycan hərbçilərinin ölümünə görə təəssüflənir. Biz bütün platformalarda qeyd etmişik ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən qanunsuz və əsassız işğalını qəbul etməyəcəyik”, - Akar bildirib.
O, həmçinin vurğulayıb ki, Türkiyə dövləti və Türkiyə Silahlı Qüvvələri olaraq əvvəlki kimi, Azərbaycanı dəstəkləmək üçün zəruri olanı etməyə hazırdır.
“Buna heç kimin şübhəsi olmasın. Ermənilərin özlərinin qazdıqları tələyə düşəcəklər, orada boğulacaqlar və etdiklərinə görə cavab verəcəklər”, - nazir vurğulaylb. **
N.Abbasova