Müdafiə Nazirliyi səhəddə Ermənistan hjərbçiləri ilə döyüşlərdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nazim İsmayılovun şəhid olduğunu məlumat verib.
Beləliklə, iyulun 12-dən sərhəddə döyüşlərdə 12 Azərbaycan əsgər və zabit həlak olub.
Həmçinin, MN məlumat verir ki, düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
“Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür”, - məlumatda qeyd olunur. **
A.Əzizov