Azərbaycan Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından (PUA) yalnız Ermənistan ordusunun mövqelərinə zərbələr endirmək üçün istifadə edir. Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı deyib.
“Birincisi, əvvəllər dediyim kimi, heç vaxt yaşayış məntəqələrini atəşə tutmuruq. İkincisi, bizim PUA-lar üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var, məsələn, Ermənistan ordusunun mövqeləri. Biz də elə bunu edirik”, - deyə V.Dərgahlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusuna məxsus döyüş pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Tavuş vilayətinin Çinari kənd sakini Aramais Hovakimyanın yaralandığı barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumat cəfəngiyyatdır.*
X.Nəsirzadə