Gürcüstanın xarici işlər naziri David Zalkaliani Ermənistan və Azərbaycanı döyüş əməliyyatlarını dərhal dayandırmağa və sülh danışıqlarını davam etdirməyə çağırıb.
“Mənim Ermənistan və Azərbaycan XİN başçıları ilə sıx əlaqəm var. Hər iki nazirlə telefon danışığım olub və vəziyyətlə bağlı öz narahatlığımızı ifadə etmişəm. Onlar bizim mövqeyimizi bilirlər. Biz vəziyyətin daha da eskalasiyasında maraqlı deyilik, əksinə tərəflərin gərginliyin yarandığı tarixdən əvvəlki vəziyyətə qayıtması çox vacibdir”, - deyə o, Gürcüstanın “Birinci kanal”ına müsahibəsində bildirib.
D.Zalkaliani qeyd edib ki, münaqişə ilk dəfə olaraq Dağlıq Qarabağ bölgəsindən kənarda baş tutub və bu, çox narahatedicidir.
O, beynəlxalq birliyi tərəflər arasında hərbi əməliyyatların dayandırılması üçün daha aktiv fəaliyyətə çağırıb.*