Azərbaycan Müdafiə Nazirliyi ehtiyat qüvvələrini düşmənin döyüş mövqelərinə çatdıran avtomobil texnikasının bölmələrimizin sərrast atəşi ilə məhv edilməsi ilə bağlı məlumat yayıb.
“Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı ehtiyat qüvvələrini düşmənin döyüş mövqelərinə çatdıran avtomobil texnikası bölmələrimizin sərrast atəşi ilə məhv edilib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə