Azərbaycan 2020-ci ilin yanvar-iyun aylarında ərzaq məhsullarının idxalını 5,2% - $766 milyon 461,43 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 358 min 565,11 ton (azalma 37,8%) buğdanın ($78 milyon 389,35 min), 195 min 596,1 ton (artım 9,2%) meyvə-tərəvəz məhsullarının ($113 milyon 804,01 min), 25 min 675,45 ton (artım 6,7%) ətin ($45 milyon 951,91 min), 84 min 126,32 ton (artım 9,6%) bitki və heyvan mənşəli yağların ($77 milyon 408,12 min) payına düşüb.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana $43 milyon 599,71 min dəyərində 8 min 779 ton kərə yağı (artım 34,5%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 15,36%-i ərzaq məhsullarının payına düşüb.*
N.Abbasova