Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Gəncədəki yaşayış kompleksində su, qaz və elektrik sayğaclarının quraşdırılması üçün podratçılar seçir.
Bununla əlaqədar MİDA 3 tender elan edib. Elektrik sayğaclarının quraşdırılması üzrə tenderdə iştirak haqqı 400 manat, su və qaz sayğaclarının quraşdırılması üzrə tenderdə iştirak haqqı ayrı-ayrılıqda 300 manatdır.
Tender təklifləri avqustun 25-dək qəbul edilir. Təklif zərfləri avqustun 26-da açılacaq.
Yaşayış kompleksi Gəncədə Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə tikiləcək.
Hazırda MİDA Yasamal rayonunda 2, Hövsan qəsəbəsində 1 yaşayış kompleksinin tikintisini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılmasına başlayıb.*
N.Abbasova