2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana $289 milyon 912,36 min dəyərində 23,413 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə idxal 24,9% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $247 milyon 981,48 min dəyərində 21,917 min ədəd avtomobil (artım 29,2%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
2020-ci ilin yanvar-iyun aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $21 milyon 445,22 min dəyərində 1,345 min ədəd motorlu nəqliyyat vasitəsi (azalma 15,6%), $12 milyon 723,84 min dəyərində 75 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 7,4%) gətirilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $7 milyon 761,82 min dəyərində 76 ədəd (artım 24%) motorlu nəqliyyat vasitəsi gətirilib.
Yanvar-iyun aylarında Azərbaycana $4 milyon 229,85 min dəyərində 82 ədəd elektrokar idxal edilib.
2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% - 47,71 min ədədə qədər artıb.*
B.Rüstəmbəyov