Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kənd sakinlərinin atəşə tutulması faktı ilə bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Cinayət işi Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanıb”, - deyə məlumatda bildirilir.
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının məhkəmə qarşısına çıxması və beynəlxalq hüquqa uyğun olaraq cəza çəkməsini təmin etmək üçün zəruri və institusional tədbirlər görüləcək.
Daha əvvəl Hərbi Prokurorluqda iyulun 14-də Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizovun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən sonuncu aldığı çox saylı qəlpə xəsarətləri nəticəsində həlak olması faktı ilə bağlı cinayət işi başlanmışdı.*
X.Nəsirzadə