“Azərsu” SC şənbə günü Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarına suyun verilməsinə məhdudiyyət qoyacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.
“Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində iyulun 18-də gün ərzində məhdudiyyətlər olacaq”, - deyə məlumatda bildirilir.
Qəza magistral su kəmərinin Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Qurumun qəza briqadaları və xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.*
N.Abbasova