Hərbi xidmətə çağrılmaqla döyüşlərə qatılmaq üçün müraciət edən könüllülərin sayı 7 min nəfərə qədər təşkil edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu mövzuda 7000-ə yaxın müraciət daxil olub. Müdafiə Nazirliyi bütün xalqımızı, o cümlədən müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək Ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir”, - deyə məlumatda bildirilir.
İyulun 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib ki, iyulun 15-də axşam prezidentin könüllülərlə bağlı nitqindən sonra Xidmətə 4 minə yaxın vətəndaşdan müraciət daxil olub.
Nazirlikdən bildiriblər ki, hərbi xidmətə cəlb olunmaq arzusunda olan vətəndaşlar öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edə bilərlər.*
X.Nəsirzadə