“Naxçıvanbank” 2020-ci ilin I yarısında aktivlərini 4,2% - 241,859 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyun ayının sonuna bankın kredit portfeli 106,757 milyon manat (artım 15,5%) təşkil edib.
Bankın öhdəlikləri 153,201 milyon manata (artım 3,2%), depozitləri 95,427 milyon manata (azalma 0,1%), əhalinin əmanətləri 19,676 milyon manata (artım 1,8%) bərabərdir.
Hesabat dövrünün sonuna “Naxçıvanbank”ın kapitalı 88 milyon 658,35 min manat (artım 6,2%), nizamnamə kapitalı 77,25 milyon manat (dəyişməyib) təşkil edir.
Cari ilin yanvar-iyun aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 4 milyon 789,55 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,2 dəfə çoxdur. Hesabat ilində bank mənfəət vergisi ödəməyib.
“Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları fiziki şəxslərdir.*
Ə.Məmmədov