2020-ci ilin I yarısında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 8,1% - 8 milyard 477,362 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Cari ilin yanvar-iyun aylarında bankın kredit portfeli 1,8% - 2 milyard 418,518 milyon manatadək artıb.
I yarımilliyin sonuna bankın öhdəlikləri 7 milyard 20,384 milyon manata (azalma 11%) bərabərdir.
Hesabat dövrünün sonuna ABB-nin depozitlərinin həcmi 4 milyard 792,183 milyon manat (azalma 15%) təşkil edib.
30 iyun 2020-ci il tarixinə bankın kapitalı 1 milyard 456,977 min manat (artım 8,8%) təşkil edib. ASC-nin nizamnamə kapitalı 1 milyard 224,478 milyon manata (dəyişməyib) bərabərdir.
Yanvar-iyun aylarında fəaliyyətinin yekunları üzrə ABB 146 milyon 277,47 min manat (2019-cu ilin I yarısı ilə müqayisədə azalma 51,3%) xalis mənfəət əldə edib. Hesabat dövründə bankın faiz gəlirləri 202 milyon 224,97 min manat (azalma 8%), faiz xərcləri 51 milyon 549,23 min manat (artım 6,7%), qeyri-faiz gəlirləri 60 milyon 406,57 min manat (azalma 6,7%), qeyri-faiz xərcləri 75 milyon 984,65 min manat (artım 5,3%) təşkil edib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,28% pay dövlətə məxsusdur.*
Ə.Məmmədov