Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı baş tutub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Tərəflər Cənubi Qafqaz regionunda ümumi vəziyyəti müzakirə ediblər. Ordu generalı S.Şoyqu azərbaycanlı həmkarını Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə qoşunların döyüş hazırlığının yoxlanılmasına başlanılması barədə məlumatlandırıb.
Qeyd olunub ki, tədbir "Qafqaz-2020" strateji komanda-qərargah təliminə hazırlıq çərçivəsində planlı xarakteri daşıyır", - deyə "İnterfaks"a daxil olan məlumatda bildirilir.
“Telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub”, - deyə məlumatda qeyd olunur.
Nazirlər gündəlikdə duran ikitərəfli aktual məsələləri, o cümlədən 2020-ci ilin avqustunda keçirilməsi planlaşdırılan "Ordu 2020" VI beynəlxalq hərbi oyunları və “Ordu 2020” beynəlxalq hərbi texniki forumuna hazırlığa dair məsələləri müzakirə ediblər.*