İyulun 17-də Rusiya Silahlı Qüvvələrində başlamış döyüş hazırlığının qəfil yoxlanılması Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə heç bir şəkildə bağlı deyil. Bunu jurnalistlərə RF müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.
"Rusiya Federasiyasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən döyüş hazırlığının yoxlanılması tədbirləri ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi arasında hər hansı bir bağlılığın olmasını qəti şəkildə qəbul etmirəm", - deyə Fomin bu gün bildirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 20-də Fomin "xarici dövlətlərin hərbi attaşeləri ilə brifinq keçirməyi planlaşdırıb. Brifinqdə onlara qəfil yoxlamanın gedişi barədə ətraflı məlumat veriləcək.*