Bu günədək 38 minə yaxın Azərbaycan vətəndaşı Orduda könüllü xidmət etmək arzusunu ifadə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
“Azərbaycanda 38 minə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıb”, - deyə məlumatda bildirilir.
Orduya könüllü şəkildə yazılanlar arasında Azərbaycanın tanınmış simaları da var.*
Ə.Məmmədov