Azərbaycanda koronavirus infeksiyasına daha 388 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 27,521 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18,967 min nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib.
“8,2 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8,095 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 627,881 mindir.*
Ə.Məmmədov