2020-ci ilin yanvar-may aylarında Azərbaycana kondisioner idxalı 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 35,1% - 61,171 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $14 milyon 652,9 min məbləğində (azalma 34,5%) qiymətləndirilir.
Yanvar-may aylarında Azərbaycana $40 milyon 848 min dəyərində (artım 37,3) 247,1 min ədəd (artım 26,5%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 7,3% - 66,864 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $12 milyon 483,7 min (azalma 14%) təşkil edir.**
B.Rüstəmbəyov