Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Əsaslı Tikinti,Təmir və Abadlaşdırma Şöbəsişəhərin abadlığı üzrə kompleks işləri nəzərdə tutan 28 milyon 663,933 min manat ümumni məbləğdə üç müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatına görə, "ATF”MMC ilə şəhərdaxili, prospekt, küçələr, məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmirinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 2 milyon 178,526 min manatdır.
"Palıdlı” MMC ilə imzalanan ikinci müqavilə mənzil fondunun təmirinə yönəlib. Müqavilənin dəyəri – 395,425 min manatdır.
"Mingəçevir-Tikinti” MMC ilə imzalanan üçüncü müqavilə 2020-ci ildə planlaşdırılan şəhərdə abadlıq işlərinin həyata keçirilməsidir. Müqavilənin dəyəri 26 milyon 89,981 min manatdır. **
X.Nəsirzadə