“Embafinans BOKT” MMC iyulun 17-də 1,5 mln. manat həcmində istiqrazlar yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“İstiqrazlar 365 gün müddətinə və illik 11% dərəcəsi ilə buraxılıb. Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 1,5 min ədəd istiqraza bölünüb. Sifarişlər 7 investor tərəfindən təqdim edilib. Sifarişlərin ümumi məbləği 1,5 mln. manat olub”, - BFB-dən bildirilir.
“Embafinans” 2012-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 mln. manatdır. 2019-cu ilin sonuna BOKT-nın aktivləri 42,8 milyon manatı ötür. **
Ə.Məmmədov