2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda əhalinin sayı 22,745 min nəfər və ya 0,2% artaraq 2020-ci il iyunun 1-nə 10 mln. 89,853 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Cari ilin 5 ayı ərzində ölkə üzrə 47,206 min doğulan körpə qeydə alınıb, bu da 2019-cu ilin göstəricisindən 16,1% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4 təşkil edib. Yeni doğulan oğlanlar 53,2% qızlar – 46,8% təşkil edib. Körpələrin 1,258-si əkiz, 43-ü üçəm doğulanlardır.
Bu dövr ərzində 24,813 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6 (2019-cu ilin 4 ayı ərzində göstəriciyə uyğundur) təşkil edib.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 15,334 min nikah (2019-cu ilin yanvar-aprel ayları ylə müqayisədə azalma 35,3%) və 5,788 min boşanma halı (azalma 18,3%) qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 701 nəfər gələn və 349 min nəfər ölkədən gedən qeydə alınıb.**
X.Nəsirzadə