2020-ci ilin yanvar-may aylarında Azərbaycana 341,8 min ton buğda idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 38% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $74 milyon 615 min (azalma 40,1%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $43 milyon 548,7 min dəyərində (azalma 14,9%) 127,3 min ton şəkər xammalı və şəkər (azalma 6,5%), $50 milyon 830 min dəyərində (artım 42,2%) 58,059 min ton bitki yağı (artım 23,8%), $20 milyon 283,5 min dəyərində (artım 3,8%) 5,4 min ton çay (artım 5,2%), $35 milyon 862,5 min dəyərində (artım 32%) 7,198 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 32,5%) idxal edilib.
Bu dövrdə respublikaya $18 milyon 373,1 min dəyərində (artım 1,6 dəfə) 4,845 min ton iribuynuzlu heyvan əti (artım 35,2%), $17 milyon 747,4 min dəyərində (artım 13,3%) 15,461 min ton quş əti və quş əti məhsulları (artım 4,5%) idxal edilib.
Yanvar-may aylarında Azərbaycana $58 milyon 723,7 min dəyərində (artım 8,3%) 65,185 min ton meyvə (artım 15,9%), $10 milyon 97 min dəyərində (artım 28,6%) 19,47 min ton tərəvəz (artım 25,2%), $24 milyon 690,5 min dəyərində (artım 3,9%) 90,452 min ton kartof (azalma 0,6%) idxal edilib.
Hesabat aylarında ölkədən $132 milyon 461,6 min dəyərində (artım 13%) 118,9 min ton tərəvəz (azalma 1,8%), $132 milyon 461,6 min dəyərində (azalma 19,8%) 50,723 min ton meyvə (azalma 33,3%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $5 milyon 990,5 min dəyərində (azalma 19,2%) 14,637 min ton şəkər (azalma 12,7%), $4 milyon 336 min dəyərində (artım 1,7 dəfə) 4,908 min ton bitki yağı (artım 1,9 dəfə) ixrac edilib.
Cari ilin yanvar-my ayında Azərbaycan $7 milyon 75 min dəyərində (аrtım 42%) 4,786 min ton meyvə və tərəvəz şirələri (artım 5,1%), $1 milyon 327,9 min dəyərində (azalma 46,8%) 93,4 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 49,3%), $3 milyon 786,2 min dəyərində (аrtım 6,6%) 2,696 min ton meyvə və tərəvəz konservləri (artım 1,1%), $4 milyon 393,2 min dəyərində (azalma 23,9%) 1,865 ton tütün (azalma 24,9%) ixrac edib.**
B.Rüstəmbəyov