2020-ci ilin birinci yarısında Azərbacanda yanacaq istehlakçıları 988,1 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar (cari məzənnə ilə $581 milyon - İF). Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilir.
“2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi pərakəndə ticarət dövriyyəsi həcmində avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 5,4% və ya 988,1 milyon manat məbləğinmdə təşkil edib”, - DSK-dan bildirilir.
Ötən ilin analoji dövrü ilə müqayisədə avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 0,2% azalıb.
2019-cu ildə pərakəndə ticarət dövriyyəsi strukturunda avtomobil yanacağının satışından gəlirlər 5,9% və ya 2 milyard 310,5 milyon manat təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 2,7% çoxdur.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,2 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,4 manat, Aİ 92 markalı benzinin litri 0,9 manat, dizel yanacağının litri 0,6 manat təşkil edir.**
N.Abbasova