Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə “Az AVS” MMC-ni cəlb edib.
www.tender.gov.az saytının məlumatına görə, 18 şəhər və rayonda (Ağdam, Neftçala, Göyçay, Zərdab, Füzuli, İmişli, Ağstafa, Lənkəran, Kürdəmir, Xızı, Oğuz, Daşkəsən, Qəbələ, Quba, Şəki, Balakən, Gədəbəy və Lerik) 274 fərdi evin tikintisi nəzərdə tutulur.
İmzalanan müqavilənin dəyəri – 19 milyon 884,431 min manatdır. **
X.Nəsirzadə