Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini tapşırıb.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədiləmülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini İqtisadiyyat Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, bu barədə məlumatları Nazirlər Kabinetinə təqdim etmək tapşırlıb.
Nazirlər Kabineti dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan prezidentinə təqdim etməlidir.
Sərəncamın mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov