Azərbaycan prezidenti İlham Əliyev Anar Kərimovu Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edib.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Kərimov Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsini icra edib. Həmçinin, bazar ertəsi onun bu vəzifədən geri çağırılmasına dair sərəncam imzalanıb.
Bundan başqa, Əliyev mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin Anar Kərimova verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev 21may 2020-ci tarixli sərəncamla Əbülfəs Qarayevi mədəniyyət naziri vəzifəsindən azad edib. **
B.Rüstəmbəyov