Azərbaycanda koronavirus infeksiyasına daha 369 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 27,89 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19,49 min nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib.
“8,037 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,817 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 634 mindən artıqdır.**
N.Abbasova