“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq. Bu barədə AZAL-dan məlumat verilir.
“Bu gün AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə 4 dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir”, - məlumatda deyilir.
Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.
Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. **
N.Abbasova