Covid-19 koronavirus ilə bağlı müsbət dinamika qorunduğu halda Azərbaycanın 14 şəhər və rayonunda sərt karantin rejimini yumşaldıla bilər. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovdeyib.
“Son günlərin statistikası sağalanların sayının yoluxanların sayına nisbət dinamikanın yaxşılaşdığını göstərir. Əgər bu tendensiya davam edərsə, biz rejimi yumşalda və bir neçə fəaliyyət sahəsini bərpa edə biləcəyik”, - Mövsümov bazar ertəsi brifinqdə bildirib.
Onun sözlərinə görə, koronavirusla mübarizə hələ də davam edir, “karantin rejimi hələ də davam edir, vətəndaşlar təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər”.
Azərbaycanda koronavirus infeksiyasına görə 31 avqust tarixinədək xüsusi karantin rejimi qüvvədədir. Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 3 saatadək artırılır.
Son günlər Azərbaycanda yoluxanların sayında azalma müşahidə olunur.
İyulun 20-nə ölkəmizdə 27,89 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19,49 min nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib.
8,037 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.**
X.Nəsirzadə