Azərbaycan Silahlı Qüvvələri Ermənistana məxsus iki ədəd taktiki pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib”, - deyə məlumatda bildirilir.
Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.*
B.Rüstəmbəyov