2020-ci ilin I yarısında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 12,5% - 4 milyon 498,6 min tonadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin ümumi həcmindən 4 milyon 279 min ton və ya 95,1% beynəlxalq tranzit yüklərin, 4,9% yerli yüklərin payına düşüb. Tranzit daşımaların həcmi 2019-cu ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 16,8% artıb”, - deyə məlumatda bildirilir.
2019-cu ildə dəniz limanlarında 8 milyon 247,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, bunun 7 milyon 547,2 min tonu və ya 91,5%-i beynəlxalq tranzit yüklərin, 8,5%-i yerli yüklərin payına düşüb.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.*
N.Abbasova