Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon 878,02 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin tibbi göstərişlər üzrə avtomobillə təminatına yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.*
B.Rüstəmbəyov