Almaniyanın «Hemmersbach GmbH & Company KG» telekommunikasiya şirkətinin "törəmə" müəssisəsi olan "Hemmersbach Azerbaijan" MMC Azərbaycanda qeydiyyata alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Nizamnamə kapitalı 5 min avro olan şirkətin rəsmi təmsilçisi Almaniya vətəndaşı Ralf Klaus Koçvaradır.
Şirkət 1 iyun 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Bundan başqa, Norveçin “Magseis FF” geofizika şirkəti Bakıda nümayəndəliyini açıb. Filial iyunun 1-də dövlət qeydiyyatna alınıb. «Filialın rəsmi təmsilçisi ABŞ vətəndaşı Tomas Elias Skoliosdur”, - deyə məlumatda bildirilir.
“Hemmersbach GmbH & Company KG” telekommunikasiya və informasiya xidmətləri göstərir. Şirkətin mənzil-qərargahı Nürnberq şəhərində yerləşir.*
Ə.Məmmədov