Azərbaycanda Xəzərin sahil zonasının təmizlənməsi üzrə idarəedici şirkət - "Azsu Ekoloji Qurğu" MMC yaradılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Şirkətin nizamnamə kapitalı 3 milyon 782 min 993,94 manatdır.
MMC 2020-ci il iyunun 12-də dövlət qeydiyyatına alınıb və rəsmi təmsilçisi Famil Alkərəmovdur.
Şirkət Xəzər sahilində modul tipli təmizləyici qurğuların birgə idarə olunması üçün Buzovna, Binəqədi, Bilgəh, Pirşağı və Sumqayıt bələdiyyələri tərəfindən yaradılıb. Hazırda 17 modul tipli təmizləyici stansiya şirkətin idarəçiliyindədir.*
Ə.Məmmədov