Ermənistan cəbhənin müxtəlif istiqamətlərində atıcı silahlardan istifadə etməklə atəşkəs rejimini yenidən pozur. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı məlumat verib.
“Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır. Cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
V.Dərgahlı əlavə edib ki, görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb.*
X.Nəsirzadə