Bu günədək 50 mindən çox Azərbaycan vətəndaşı Orduda könüllü xidmət etmək arzusunu ifadə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
“İyulun 16-dan 50,5 min vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıb”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə