Azərbaycan Dağlıq Qarabağın və bütün digər ərazilərin işğaldan tamamilə azad edilməsinə nail olacaq. Bunu prezident İlham Əliyev deyib.
"Dövlətin gücləndirilməsi diqqət mərkəzimizdə olacaq. Bizim üçün 1 nömrəli milli məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil", - deyə Əliyev bu gün Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bildirib.
Prezidentin sözlərinə görə, bütün Azərbaycan torpaqları istisnasız azad edilməlidir.
"Azərbaycanlılar öz tarixi ərazilərinə, xüsusilə Şuşaya qayıtmalıdırlar. Bu, mənim siyasətimdir", - deyə Əliyev vurğulayıb.*
X.Nəsirzadə