"Azərbaycan Dəmir Yolları" (ADY) QSC "2030 Koporativ Strategiya"sının hazırlanmasına başlayıb. Bu barədə ADY-dən məlumat verilib.
“ADY-nin "2030 Koporativ Strategiya"sının hazırlanması məqsədilə dünyanın aparıcı şirkətlərindən olan "McKinsey&Company" ilə müqavilə imzalanıb. Hazırda bu istiqamətdə təhlillər davam etdirilir”, - məlumatda qeyd olunur.
ADY-nin rəhbərliyinin rəyinə görə, əlverişli coğrafi mövqedən səmərəli istifadə etməklə, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində dəmir yolunun rolu artıb.
“Son dövrlərdə bu istiqamətdə atılan məqsədyönlü addımların ölkənin tranzit potensialına müsbət təsirini vurğulayıb. Bu məqsədlə ADY-nin əməliyyat effektivliyinin artırılması ilə yanaşı, nəqliyyat zəncirinin bütün halqalarının prosesdə iştirakının artırılması və müvafiq dəhlizlərin inkişafında maraqlı tərəflərlə əməkdaşlıq vacibdir”, - məlumatda deyilir. **
N.Abbasova