Azərbaycanda koronavirus infeksiyasına daha 352 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 449 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 28,242 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19,939 min nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib.
“7,927 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,034 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 641,732 mindir.**
A.Əzizov