Rusiya və Azərbaycan hökumətləri azərbaycanlılardan ibarət növbəti qrup Dağıstanda dövlət sərhədindən vətənə qayıdışlarını təşkil ediblər. Bu barədə “İnterfaks-Cənub”a Dağıstan Respublikasının milli siyasət üzrə naziri Enrik Müslimov deyib.
“Bu gün, iyulun 21-də Dərbənd və Məhərrəmkənd rayonlarının sərhədində çadır şəhərciyinfdə və Dağıstan ərazisində əcnəbilərin müvəqqəti saxlanma məntəqəsində qalan daha 250 Azərbaycan vətəndaşı Dağıstanda dövlət sərhədindən vətənə qayıdıb”, - nazir bildirib.
Onun sözlərinə görə, ilkin məlumatlara görə, gələn həftə daha bir qrup vətəndaş Azərbaycana qayıdacaq.
“Hazırda qonşu ölkənin təxminən 400 vətəndaşı müvəqqəti saxlanma məntəqəsində qalıb”, - Müslümov vurğulayıb. **