“Unibank” 2020-ci ilin birinci yarısında aktivlərini 9,2% - 714,714 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2020-ci il tarixinə bankın kredit portfeli 522,888 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 3% - İF) təşkil edib. Həmçinin, 270,908 milyon manat istehlak kreditləri (azalma 6,7%), 190,834 milyon manat biznes kreditlərinin payına düşüb (artım 12,8%).
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 620,993 milyon manata (azalma 10,9%), müştəri hesabları 439,779 milyon manata (azalma 17,1%), həmçinin əhalinin əmanətləri 355,057 milyon manata bərabərdir (azalma 14,9%).
1 iyul 2020-ci il tarixinə “Unibank”ın kapitalı 93,721 milyon manat (artım 3,9%), nizamnamə kapitalı 125 milyon 686,3 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 9 milyon 94,84 min manat təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 62,1% azdır.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. **
Ə.Məmmədov